Macarıstanın Baş naziri Peter Magyar şantaj və məişət zorakılığı ilə bağlı iddialarla gündəmə gəlib. Onun barəsində prokurorluğa müraciət edilib.
Macarıstanın “Magyar Nemzet” qəzetinin məlumatına görə, hüquqşünas İştvan Tenyi Baş nazirin hərəkətlərinin araşdırılması üçün Budapeşt İstintaq Prokurorluğuna müraciət ünvanlayıb.
Müraciətə səbəb Magyarın keçmiş həyat yoldaşı, ölkənin sabiq ədliyyə naziri Yudit Varqanın səsləndirdiyi ittihamlar olub.
Varqa iddia edib ki, keçmiş əri gizli şəkildə qeydə aldığı səs yazılarından istifadə edərək təxminən ilyarım ərzində ona təzyiq göstərib və şantaj edib.

Onun sözlərinə görə, Magyar onu cinayət məsuliyyətinə cəlb etdirmək, həbsə göndərmək və həyatını dözülməz hala gətirməklə hədələyib.
Hüquqşünas müraciətində iddia olunan təhdidlərin boşanma, əmlak bölgüsü və uşaqların qəyyumluğu ilə bağlı razılaşmalara təsir göstərmək məqsədi daşıyıb-daşımadığının da araşdırılmasını istəyib.
O hesab edir ki, uzun müddət davam etdiyi iddia olunan psixoloji təzyiqlər təsdiqlənərsə, bu hallar şantaj və məişət zorakılığı ilə bağlı cinayət məsuliyyəti məsələsini gündəmə gətirə bilər.
Peter Magyar daha əvvəl keçmiş həyat yoldaşının ittihamlarını rədd edib.

