Noyabrın 16-dan Azərbaycanda ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, payız tətili 16–20 noyabr tarixlərini əhatə edəcək.
Şənbə və bazar günləri nəzərə alınmaqla, tətildən sonra ilk dərs günü altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən məktəblərdə 21 noyabr, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə 23 noyabr olacaq.
Tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.
Qeyd edək ki, payız tətilinin müddəti Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən müəyyən edilib.

