Sumqayıtda bir müddət əvvəl təmir olunan yol yenidən çökdü .
Denmedia.az xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyov küçəsində avtomobillərin sürətlə hərəkət etdiyi küçədə təhlükəli vəziyyət yaranıb.
Hadisəyə kanalizasiya xəttində baş vermiş partlayış səbəb olub. İlkin məlumata görə, qəza yer səthindən 4 metr dərinlikdə 600 mm metr beton boru olan kanalizasiya xəttində qeydə alınıb. Nəticədə yol örtüyündə böyük həcmdə çökmə baş verib. Təhlükəsizlik tədbirləri çərçivəsində küçənin bir istiqaməti üzrə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Qeyd edək ki, bu, sözügedən ərazidə ilk belə hadisə deyil. Üzeyir Hacıbəyov küçəsində müxtəlif vaxtlarda dəfələrlə yol çökməsi baş verib. Çöküntülərin miqyasının böyük olması və problemin təkrarlanması ərazidə ciddi narahatlıq doğurur.
Nizami Rəsulov
Denmedia.az

