Səhiyyə Nazirliyinə yeni mətbuat katibi təyin olunduğu bildirilir.
TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.
Məlumata görə, ona nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.
Fərid İsrafilzadə əvvəllər TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentində çalışıb. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra departamentin rəhbərliyinə Zara İbrahimzadə gətirilib. İsrafilzadə isə onun tabeliyində mətbuat katibi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, 2018-ci ildən Səhiyyə Nazirliyinin mətbuat katibi olan Pərviz Abubəkirov ötən gün vəzifəsindən uzaqlaşdırılıb.

