ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişdirərək öz şərəfinə adlandırmaq istədiyini bir daha açıqlayıb.
Bu barədə o, Ohayo ştatında keçirilən seçkiqabağı mitinqdə danışıb. Çıxışın videogörüntüləri C-SPAN platformasında yayımlanıb.
“Düşünürəm ki, nə vaxtsa Hörmüz boğazını Tramp boğazı adlandıracağıq”, – deyə ABŞ lideri bildirib.
Tramp daha əvvəl Meksika körfəzinin adının Amerika körfəzi, Ontario gölünün isə Amerika gölü olaraq dəyişdirilməsini xatırladıb.
“Hamı elə düşünürdü ki, zarafat edirəm. Amma mən bunu həqiqətən edəcəyimi söyləmişdim”, – deyə prezident qeyd edib.
ABŞ lideri həmçinin hazırda Hörmüz boğazından yeddi ay əvvəllə müqayisədə daha çox neft daşındığını iddia edib.
O, İranla münaqişə başa çatdıqdan sonra benzinin qiymətinin aşağı düşəcəyini də vəd edib.

