Oktyabrın 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 12–14, gündüz 16–19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65–75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı ərazilərdə qısamüddətli intensiv yağıntı, şimşək çaxacağı və dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman ehtimalı da var. Mülayim şərq küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu rayonlarda gecə 11–14, gündüz 16–19 dərəcə isti, dağlarda isə gecə 0–5, gündüz 5–9 dərəcə isti olacaq.

