Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması məsələsini İsveçrədə keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində müzakirə etməyi planlaşdırırlar. Bu barədə El País qəzeti Aİ-nin diplomatik dairələrindəki mənbələrə istinadən yazır. Görüşün əsas mövzusunun Ukraynadakı vəziyyət olacağı bildirilir.
Mənbələrin məlumatına görə, görüşün qrafiki hələ razılaşdırılma mərhələsindədir. Danışıqların baş tutma ehtimalı yüksək qiymətləndirilir, lakin yekun təsdiq adətən son anda verilir.
Jurnalistlərin yazdığına görə, görüş Qrenlandiya ətrafında yaranmış gərginlik fonunda həlledici əhəmiyyət daşıyır. Avropa tərəfi “üçqat vəzifə” ilə üz-üzədir: ərazi mübahisəsini nizamlamaq, ABŞ tərəfindən mümkün müdaxilənin qarşısını almaq və Vaşinqtonun aqressiv ritorikasının eskalasiyasına yol verməmək.

