Suriyadakı həbsxanalardan 900-dən çox keçmiş İŞİD üzvü İraq ərazisinə köçürülüb. Bu barədə Al Hadath telekanalı məlumat yayıb. Bildirilir ki, ABŞ qüvvələri ümumilikdə 953 nəfər aktiv İŞİD tərəfdarını İraqa nəql edib.
Məlumata görə, köçürülənlərin böyük əksəriyyəti İraq vətəndaşı deyil və müxtəlif ölkələrin pasportlarına malikdir. Yaxın 24 saat ərzində Suriyadan İraqdakı xüsusi saxlanma mərkəzlərinə ən azı 150 nəfər keçmiş İŞİD üzvünün daha köçürüləcəyi gözlənilir.
Mənbələr qeyd edir ki, son günlər bu proses xeyli ləngiyib. Səbəb kimi Bağdadın yeni məhbusları qəbul etmək üçün həbsxanaların hazırlanmasına əlavə vaxta ehtiyac duyması göstərilir. Halbuki bir həftə əvvəl ABŞ qüvvələri gündə 500 nəfərədək keçmiş İŞİD üzvünü daşımağa hazır olduqlarını bəyan etmişdilər.

