Politico xəbər verir ki, Böyük Britaniya hökuməti insanların fotolarından paltarları “silən” və bədənlərini süni şəkildə canlandıran tətbiqləri qadağan etmək niyyətindədir.
Bu tətbiqlər “deepfake” texnologiyasından istifadə edərək şəkillərdəki geyimi silir və neyroşəbəkə vasitəsilə bədənin çılpaq hissələrini “düzəldir”.
“Böyük Britaniya hökuməti qadınlara və qızlara qarşı zorakılığa qarşı yeni strategiyanın bir hissəsi kimi bu cür ‘soyundurucu’ tətbiqləri qadağan etməyi təklif edir,” – deyə nəşr yazır.
Aprel ayında Apple artıq bu funksiyaya malik bir sıra tətbiqləri App Store-dan silmişdi. Şirkət qeyd edib ki, bu tip fotorredaktorlar şəkildə təsvir olunan şəxslərin razılığı olmadan istifadə edilə bilər və Apple standartlarına ziddir.

