İsrailin maliyyə naziri Bezalel Smotriçin oğlu Livan–İsrail sərhədində baş verən döyüş toqquşmaları zamanı yaralanıb. Bu barədə The Jerusalem Post qəzeti məlumat yayıb.
Bildirilib ki, nazirin oğlu İsrail ordusunda xidmət edir və qarşıdurmalar zamanı yüngül xəsarət alıb. Məlumata görə, onun həyatına təhlükə yoxdur, vəziyyəti isə stabil qiymətləndirilir.
İsrailin müdafiə naziri İsrael Katz yaralanan hərbçiyə tezliklə sağalması ilə bağlı arzularını çatdırıb.

