İranda Ekspertlər Şurası ölkənin yeni ali dini liderini seçib. Bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, Müctaba Xamenei ölkənin yeni ali dini rəhbəri seçilib. O, 28 fevralda həlak olan əvvəlki lider Əli Xameneinin oğludur.
Bildirilir ki, Müctaba Xamenei uzun illər ali lider aparatında çalışıb və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələrə malikdir.

