İranın Baş Qərargahı Müctaba Xameneinin yeni ali lider seçilməsindən sonra Vaşinqtona sərt xəbərdarlıq edib. Bu barədə Al Jazeera televiziya kanalı məlumat yayıb.
Bəyanatda bildirilib ki, ABŞ və digər düşmənlər İran İslam Respublikasına qarşı hər hansı aqressiyaya görə peşman olacaqlar.
“Müctaba Xameneinin komandanlığı altında Amerika və digər düşmənlər bizə qarşı istənilən aqressiyaya görə peşman olacaqlar”, — deyə Baş Qərargahın bəyanatında qeyd olunub.
Həmçinin vurğulanıb ki, İran “düşmənlərin qurduğu planlar qarşısında” öz təhlükəsizliyini və maraqlarını qorumağa davam edəcək.
Qeyd edilib ki, Ekspertlər Şurası həlak olmuş ayətullah Əli Xameneinin oğlu Müctaba Xameneini yekdilliklə İranın yeni ali lideri seçib. Şura bununla bağlı ABŞ prezidenti Donald Trampın bu namizədliyin qəbuledilməz olduğu barədə bəyanatlarını nəzərə almayıb.

