ABŞ-ın Patriot hava hücumundan müdafiə sisteminə məxsus raket kursdan yayınaraq Bəhreynin paytaxtı Manama ərazisinə düşüb.
Bu barədə TR Haber nəşri məlumat yayıb.
Məlumata görə, raket yaşayış məntəqəsində yerə düşüb. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələ açıqlanmayıb.
Hazırda zərər və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib. Yerli qurumların hadisə ilə bağlı araşdırma apardığı bildirilir.

