İran hazırda Yaxın Şərqdə atəşkəs üçün mümkün vasitəçilik təşəbbüslərinin müzakirəsini vaxtından əvvəl hesab edir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai açıqlama verib.
Onun sözlərinə görə, mövcud şəraitdə diplomatik təşəbbüslər və ya vasitəçilik barədə danışmağın praktiki mənası yoxdur.
“Hazırda hərbi əməliyyatlar davam edir. Belə bir vəziyyətdə ölkənin müdafiəsindən başqa hər hansı mövzudan danışmaq yersizdir”, — deyə Esmail Baqai bildirib.

