Kanadada könüllü evtanaziya yolu ilə həyatına son qoyan insanların sayı İkinci Dünya müharibəsində ölkənin itkilərini artıq keçib. Bu barədə The New York Post qəzeti məlumat yayıb.
Bildirilir ki, qanuni evtanaziya proqramı Kanadada 17 iyun 2016-cı ildən fəaliyyət göstərir.
Nəşrin məlumatına görə, 2024-cü ilə qədər evtanaziya nəticəsində ölənlərin ümumi sayı 76 475 nəfərə çatıb. Bu isə İkinci Dünya müharibəsində döyüşlər zamanı həlak olan 42 042 kanadalıdan demək olar ki, iki dəfə çoxdur.
Məlumatda qeyd olunur ki, 2026-cı ilin iyununa qədər evtanaziya nəticəsində ölüm hallarının sayı 100 minə çata bilər.
Bu proqram son illər cəmiyyətdə artan tənqidlərə səbəb olur. Narazılıqlar əsasən müraciətlərin bəzən cəmi bir gün ərzində təsdiqlənməsi və bəzi hallarda səbəbin xəstəlik fonunda yaranan depressiya olması ilə bağlıdır.

