Kürdəmirdə fərdi yaşayış evi yanaraq külə dönüb.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.Belə ki, kənd sakini Yeganə Tağıyevaya məxsus ümumi sahəsi 150 kv metr olan 4 otaq və mətbəxdən ibarət olan ev anidən alışıb.Nəticədə evin 105 kv metri əşyaları ilə birlikdə yanaraq külə dönüb.Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Evin 45 kv metr hissəsi yanğından mühafizə olunub.Qeyd edək ki, yanğının qaz sızmasından baş verdiyi ehtimal olunur.
Evin sahibi Yeganə Tağıyevanın sözlərinə görə, gecə saat 3-ün yarısından işıqlarımız qazımız söndü, səhər durduq işə gedirik.Hərə bir tərəfə körpə uşağımız var soyuq olduğu üçün uşağıda götürdük apardıq nənəsi gilə qoyduq.İşdə idim qonşular zəng elədilər ki eviniz yanır.Gəldim gördüm hamısı yanıb heçnə qalmayıb. Evdə pulumuz var idi bir 30 mindən yuxarı pulumuz var idi , ondan sonra qır-qızıllarımız hamısı mebellərimiz 100 mindən yuxarı ziyan dəyib .Bizə uşağın paltarı bir dənə əynimizə geyməyə heç nəyimiz qalmayıb.
Ev sahibinin yaxın qohumu Verdixan Məmmədov isə bildirib ki, aşağı maşagistral xətti maşın vurub partladıb.Bununla əlaqədar olaraq qazin verilişin dayandırıblar.Bularda işə gediblər qaz açıq qalıb xəbərdarlıq eləmədən qaz buraxıblar elektrikdən də alışma gedib. Heç kim olmayıb, hamı iş güc dalıyca gedib.Qonşular xəbər veriblər amma artıq gec olub. Burda 4 baş ailə yaşayırlar ,imkansız ailədirlər maddi cəhətdən zəifdilər. 100 mindən yuxarı ailəyə ziyan dəyib.
Məsələ ilə bağlı Mollakənd kənd bələdiyyəsinin sədri Ağamir Həsənov Denaztv-yə bildirdi ki,yanğın olan evə kənd bələdiyyəsi tərəfindən baxış keçrilib.Dəymiş ziyanla bağlı kənd sakini Yeganə Tağıyevaya müəyyən köməkliyin göstərilməsi nəzərdə tutulur.Faktla bağlı araşdırma aparılır.
AQİL ƏSƏDOV
Denmedia.az

