Bakıda və Abşeron yarımadasında martın 10-da dəyişkən buludlu hava müşahidə olunacaq, bəzi vaxtlarda hava tutulacaq, əsasən isə yağıntı gözlənilmir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bununla belə, martın 9-dan 10-na keçən gecə bəzi ərazilərdə zəif yağıntı ehtimal olunur. Şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2–4° isti, gündüz isə 5–8° isti olacaq. Atmosfer təzyiqi 779 mm civə sütununa qədər yüksələcək. Nisbi rütubət gecə 70–80%, gündüz 60–65% təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında isə qısamüddətli yağış, dağlıq ərazilərdə qar gözlənilir. Gecə və səhər saatlarında bəzi şərq rayonlarında yağıntının daha intensiv olacağı ehtimal edilir. Axşam saatlarına doğru yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman da müşahidə oluna bilər.
Rayonlarda əsasən mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0–4° isti, gündüz 5–10° isti olacaq. Dağlıq ərazilərdə gecə 8–13° şaxta, yüksək dağlıq ərazilərdə 15–20° şaxta, gündüz isə 2–7° şaxta proqnozlaşdırılır.

