srailin Baş naziri Benyamin Netanyahu ərəb partiyalarının iştirakı olmadan milli birlik hökumətinin qurulması üçün baş nazir vəzifəsini rotasiya qaydasında əvvəlcə Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib.
Denmedia.az xəbər verir ki, Netanyahu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, ölkənin mövcudluğuna yönələn təhlükə qarşısında lider kimi daşıdığı məsuliyyət onu ən böyük partiyanın hökumətə birinci rəhbərlik etməsi prinsipindən geri çəkilməyə vadar edir.
“Ölkənin mövcudluğuna yönələn təhlükənin miqyasını və bu təhlükəyə qarşı dura bilməyəcək hökumətin qurulması ehtimalını nəzərə alaraq, lider kimi məsuliyyətim hər şeyi, o cümlədən ən böyük partiyanın üstünlük prinsipini bir kənara qoymağı tələb edir. Qadi Ayzenkotun ilk olaraq baş nazir vəzifəsini tutmasına, mənim isə səlahiyyət müddətinin əvvəlində alternativ baş nazir kimi fəaliyyət göstərməyimə razıyam”, – Netanyahu bildirib.

