Böyük Britaniyanın Əmək və Pensiya Nazirliyi informasiya sistemlərinin işində bir neçə gün əvvəl yaranan nasazlığın kiberhücum nəticəsində baş verdiyini təsdiqləyib.
Denmedia.az xəbər verir ki, hadisə nəticəsində nazirliyin bir sıra xidmətlərinin fəaliyyəti müvəqqəti dayandırılıb.
“Milli Kibertəhlükəsizlik Mərkəzi və hökumətin kibertəhlükəsizlik üzrə koordinasiya mərkəzi ilə birlikdə sistemlərimizə icazəsiz giriş cəhdinin səbəblərini araşdırırıq. Nazirliyin bu cür hallar üçün əvvəlcədən hazırlanmış fəaliyyət planları var və onlar dərhal tətbiq edilib”, – qurumun açıqlamasında bildirilib.
Hadisə noyabrın 26-da aşkarlanıb. Ehtiyat tədbiri olaraq bir sıra xidmətlərin fəaliyyəti dayandırılıb. Onlardan bəziləri hələ də əlçatan deyil.
Nazirlik şəxsi məlumatların ələ keçirilməsinə dair hər hansı sübutun olmadığını, pensiya və müavinət ödənişlərinin isə normal qaydada davam etdiyini açıqlayıb.

