İraqın Vasit vilayətində meningit xəstəliyinin yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib.
Denmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Əli Həsən Slimun açıqlama verib.
İlin əvvəlindən bölgədə 360-dan çox meningitə yoluxma halı qeydə alınıb, 15 xəstə həyatını itirib.
İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə yerli hakimiyyət orqanları bütün təhsil müəssisələrində dərslərin iki gün müddətinə dayandırılması barədə qərar qəbul ediblər.

