Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində məktəb yaxınlığında baş verən güclü partlayış nəticəsində 7 şagird həyatını itirib, 99 nəfər yaralanıb.
Denmedia.az xəbər verir ki, hadisə vilayətin inzibati mərkəzi Əsədabad şəhərində yerli vaxtla saat 10:00 radələrində qeydə alınıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ilkin araşdırmalar partlayışın məktəb yaxınlığındakı mədən şirkətinə məxsus anbarda saxlanılan partlayıcı maddələrin səhlənkarlıq və ehtiyatsızlıq nəticəsində detonasiya etməsi ilə baş verdiyini göstərib.
Partlayış nəticəsində ətrafdakı bir sıra yaşayış evlərinə də ziyan dəyib.
Yaralılar Kunar vilayətindəki xəstəxanalara və Cəlalabad şəhərində yerləşən Nangarhar Regional Xəstəxanasına yerləşdiriliblər.

