Avropa İttifaqı hələlik Ukraynaya 90 milyard avro məbləğində kredit ayırılmasına zəmanət verə bilmir.
Bu barədə Kiyevə səfəri zamanı Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas açıqlama verib.
Onun sözlərinə görə, əsas problem Macarıstanın mövqeyi ilə bağlıdır. Rəsmi Budapeşt həm maliyyə yardımını, həm də Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulunu bloklayır.
Kallas bildirib ki, Brüsseldə danışıqlar davam etsə də, hazırda ortaq razılıq əldə olunmayıb və məsələ Avropa Şurasının növbəti iclasına saxlanılıb.
“İşi davam etdiririk və ümid edirik ki, qərar növbəti iclasda qəbul olunacaq”, Kallas deyib.

