ABŞ-ın İranın energetika obyektlərinə zərbə endirmə hədələri “hərbi cinayətlərin etirafı” kimi qiymətləndirilə bilər.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışığında bildirib.
Moskva isə digər ölkələrin münaqişənin deeskalasiyası istiqamətində atacağı addımların uğurlu olacağına ümid etdiyini bildirib.
Araqçi beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurası və MAQATE-nin “təcili tədbirlər” görməsinin vacibliyini vurğulayıb.

