Amerikalı maliyyəçi Ceffri Epşteynin iş otağından olan rəsm reproduksiyası eBAy platformasında 25 min dollara satışa çıxarılsa da, sonradan elan silinib.
Bu barədə New York Post məlumat yayıb.
İstifadəçilər platformada holland rəssam Kees van Dongen Kes van Donqenin “Femme Fatale” adlı əsərinin surətini aşkarlayıblar.
Bildirilir ki, həmin rəsm Epşteynin Nyu-Yorkdakı malikanəsində iş masasının üzərində asılmış vəziyyətdə olub.
Elanın təsvirində satıcı əsərin Nyu-Cersidə keçirilən Millea Bros hərracından alındığını və Epşteynin əmlakının satışına daxil edildiyini yazıb.
Onun sözlərinə görə, rəsm təxminən 275 dollara əldə olunub.
Jurnalistlər eBay platformasından məsələ ilə bağlı şərh istədikdən sonra elan saytdan silinib.
Platforma nümayəndəsi bildirib ki, satıcı qaydaları pozub və ehtimal ki, bahalı sənət əsəri üçün orijinallıq sertifikatı təqdim etməyib.
Qeyd olunub ki, əsərin orijinal versiyası 2004-cü ildə keçirilən hərracda 5,9 milyon dollara satılıb.

