Latviyanın müdafiə naziri Andris Spruds pilotsuz uçuş aparatlarının düşməsindən sonra istefa verdiyini açıqlayıb.
Bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Andris Spruds bildirib ki, xarici dronlar ölkə əhalisinin təhlükəsizliyinə təhdid yaratmamalıdır.
Müdafiə naziri vəzifəsindən istefa vermək qərarı qəbul etdim. Son günlər və həftələr ərzində ciddi dron insidentləri ilə qarşılaşdıq. Xarici dronlar xalqımızın təhlükəsizliyinə təhdid yaratmamalıdır, — deyə o bildirib.

