Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Ukrayna üçün nəzərdə tutulan beynəlxalq “dron koalisiyası”na qoşulmaqla bağlı yayılan məlumatları şərh etməkdən imtina edib.
Den.az xəbər verir ki, administrasiya nümayəndəsi bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
“Bu xəbərləri şərh etmirik. Sözügedən qurumlarla birbaşa əlaqə saxlanmalıdır. Türkiyənin Ukrayna münaqişəsinə dair mövqeyi əvvəllər dəfələrlə açıqlanıb. Ankara ədalətli sülh və vasitəçilik yolunu dəstəkləyir”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Latviyanın müdafiə naziri Andris Spruds Türkiyə və Belçikanın “dron koalisiyası”na qoşulmaq niyyətində olduğunu açıqlamışdı. Koalisiyanın 2025-ci ildə Ukraynaya 2,75 milyard avro dəyərində dəstək ayıracağı gözlənilirdi. Globalinfo.az