İranın yeni ali rəhbəri Müctəba Xamenei fevralın 28-də həyata keçirilən hava zərbəsi zamanı ölümdən son anda xilas olub.
Bu barədə The Telegraph nəşri məlumat yayıb.
Məlumata görə, Xamenei zərbədən az əvvəl binadan çölə çıxıb və həmin tikili bir qədər sonra bombardmana məruz qalıb. Hadisə nəticəsində ayətullah yalnız ayağından yüngül xəsarət alıb.
Jurnalistlər hücum zamanı həyatını itirən İranın əvvəlki ali rəhbəri Əli Xameneinin protokol rəhbəri Məzahər Hüseyninin İnqilab Keşikçiləri Korpusunun komandanlığına göndərdiyi səsli mesajı da yayımlayıblar. Bildirilir ki, sözügedən səs yazısının həqiqiliyi müstəqil yoxlama ilə təsdiqlənib.
Daha əvvəl İranın Türkmənistandakı səfiri Əli Möctəba Ruzbehani bəyan edib ki, ABŞ və İsrail zərbələri nəticəsində Əli Xameneinin öldürülməsi cəmiyyətdə parçalanmaya səbəb olmayıb.
Onun sözlərinə görə, baş verən hadisə əksinə İran cəmiyyətini daha da birləşdirib.

