Telegram administrasiyasının rəhbəri Pavel Durov Rusiyada terror fəaliyyətinə yardım göstərməkdə təqsirli bilinərsə, ömürlük azadlıqdan məhrum edilə bilər.
Yayılan rəsmi məlumatda bildirilib ki, ona qarşı Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi ilə cinayət işi çərçivəsində ittiham irəli sürülüb.
Həmçinin Pavel Durovun beynəlxalq axtarışa verildiyi qeyd olunub.
Hazırda söhbət ittihamdan gedir və onun təqsirli olub-olmaması məhkəmə qərarı ilə müəyyənləşdirilməlidir.

