Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Kiyevdə olduğu vaxt Rusiya qüvvələrinin şəhərətrafı əraziyə endirdiyi zərbə Almaniyada “təhqir” kimi qiymətləndirilib.
Bu fikri Welt telekanalının müxbiri Kristof Vanner səsləndirib.
Jurnalist xatırladıb ki, bundan əvvəl də Olaf Şolts və Annalena Berbok kimi yüksək vəzifəli alman siyasətçilərin Kiyevə səfərləri zamanı hava hücumu sirenləri səslənib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Borispol rayonunda “İskəndər” raketi ilə uzaqmənzilli PUA-ların buraxılışı üçün nəzərdə tutulan 40-a yaxın avtomobil məhv edilib.
Rusiya tərəfi bildirib ki, zərbələr Ukraynanın hərbi-iqtisadi potensialını zəiflədən obyektlərə, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə endirilir və hədəflər yalnız hərbi xarakter daşıyır.
Hadisə Almaniya və beynəlxalq mediada geniş rezonans doğursa da, Berlin hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

