Almaniyanın yeni hərbi strategiyası Moskva–Berlin münasibətlərini köklü şəkildə dəyişəcək. Bu barədə Berliner Zeitung qəzetinin köşə yazarı Mixael Mayer yazıb.
Onun sözlərinə görə, strategiyada Rusiya “əsas təhlükə” kimi müəyyən edilib və bu qərarın nəticələri bütün Almaniya vətəndaşları üçün hiss olunacaq.
“Yeni hərbi strategiya Moskva ilə Berlin arasındakı münasibətləri artıq əvvəlki kimi saxlamayacaq. Bunun nəticələrini bütün almanlar hiss edəcək.”

