Rusiyada Dövlət Dumasına üçgünlük seçkilər başlayıb. Yerli vaxtla saat 08:00-da ilk seçki məntəqələri Kamçatka və Çukotkada açılıb. Səsvermə sentyabrın 18-dən 20-dək davam edəcək.
Bəzi regionlarda isə avqustun sonundan etibarən erkən səsvermə keçirilib. Bu proses əlçatmaz və ucqar ərazilərdə yaşayan seçiciləri, eləcə də cəbhədə olan hərbçiləri əhatə edib.
Səsvermənin Rusiyanın nəzarətində olan Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində də keçirilməsi nəzərdə tutulur. Rusiya Mərkəzi Seçki Komissiyası bu ərazilərdə seçkilərin hərbi vəziyyət şəraitində təşkil olunduğunu bildirib.

