Ukraynada müharibə yaxın aylarda başa çatacaq.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında bildirib.
“Ukraynada müharibə yaxın aylarda başa çatacaq. Bu, mənim şəxsi fikrimdir. Artıq güc də, resurs da qalmayıb, hamı yorulub. Resurs deyəndə hansısa ehtiyatların tükəndiyini nəzərdə tutmuram. Rusiyanın bütün dünyaya çatacaq qədər resursu var. Sadəcə, insanların mənəvi gücü tükənib. Hamı bu müharibədən yorulub”, – deyə Lukaşenko vurğulayıb.
Belarus lideri ABŞ Prezidenti Donald Trampın siyasətinin dünyada qütbləşməni gücləndirdiyini və haqlı tənqidlərə səbəb olduğunu, lakin eyni zamanda üçüncü dünya müharibəsinin qarşısını aldığını bildirib.
“Avropalıların nüvə münaqişəsinə başlamasına imkan vermədiyinə görə belə Trampa Nobel Sülh Mükafatı verilməlidir”, – deyə o əlavə edib.

