Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Bildirilib ki, DTX tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Murad Qərib oğlu Fetiyevin Azərbaycana gətirilərək istintaqa cəlb edilməsi təmin olunub.
Müəyyən edilib ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradaraq xaricdə, eləcə də Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan nümayəndələrini həmin qruplara cəlb edib.


