Britaniyalı səyyah Karl Buşbi (Karl Bushby) 28 il davam edən dünya səyahətini başa vuraraq doğma evinə qayıdıb.
O, bu müddətdə dörd qitə və 30 ölkədən keçərək təxminən 50 min kilometr yol qət edib.
Buşbi səyahətinə 1998-ci ilin noyabrında Çilinin Punta-Arenas şəhərindən başlayıb. Onun məqsədi heç bir nəqliyyat vasitəsindən istifadə etmədən dünyanı dolaşmaq olub.
Səyyah yol boyu Berinq boğazını buz üzərindən keçib, Xəzər dənizini və La-Manş boğazını isə üzərək qət edib.
Lakin 28 illik səyahət fasiləsiz davam etməyib. 2008-ci il maliyyə böhranı, COVID-19 pandemiyası və viza problemləri onun yolunu dəfələrlə yarımçıq qoymasına səbəb olub.
Təkcə Rusiya ərazisindən keçmək təxminən 10 il çəkib.
Nəhayət, səyyah İngiltərənin şimalındakı doğma Hall (Hull) şəhərinə çatıb. Burada onu ailə üzvləri, şəhər sakinləri və media nümayəndələri qarşılayıblar.
Buşbi səyahətdən sonra yeni layihələrə, ictimai çıxışlara və xatirələrindən bəhs edən kitabının davamı üzərində işləməyə hazırlaşdığını bildirib.
Bundan əlavə, almaniyalı rejissor Verner Hersoq (Werner Herzog) onun 28 illik səyahəti haqqında sənədli film çəkir.

