ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin gələn həftə Rusiya və Ukrayna ilə keçiriləcək danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edəcəkləri gözlənilir.
Bu barədə Axios portalı məlumat yayıb.
Bildirilib ki, işçi səviyyədə keçiriləcək danışıqlar Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutacaq.
“Kuşner və Uitkoff Əbu-Dabidə keçiriləcək danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcəklər”, – deyə portal qeyd edib.

