Türkiyənin Konya vilayətində sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər xəsarət alıb.
Bu barədə Milliyet qəzeti məlumat yayıb.
Hadisə Isparta–Beyşehir avtomobil yolunda, Moskva vaxtı ilə saat 02:00 radələrində baş verib.
Bildirilib ki, Antalya–İğdır marşrutu üzrə hərəkət edən “Yeni Diyarbakır” şirkətinə məxsus sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşmış vəziyyətdə yol kənarındakı xəndəyə düşüb.
İlkin məlumata görə, 40-a yaxın sərnişin yüngül xəsarət alıb.
Bütün yaralılar Beyşehir Dövlət Xəstəxanasına çatdırılıblar. Daha sonra onlardan beşi Konyadakı tibb müəssisələrinə, üçü isə Seydişehir rayonundakı xəstəxanalara köçürülüb.
Faktla bağlı araşdırma aparılır.

