Ucar rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib.
Hadisə rayonun Qulabənd kəndində baş verib.
Məlumata görə, 1988-ci il təvəllüdlü rayon sakini Elvin Xankişiyev qonşusunun həyətyanı sahəsində dəmir nərdivan vasitəsilə ağacdan xurma yığmaq istəyib.
Bu zaman ağacın yaxınlığından keçən elektrik xəttindən cərəyan vurması nəticəsində o, hadisə yerində həyatını itirib.

