Türkiyənin tanınmış müğənnisi Işın Karaca 75 kiloqram arıqlayaraq görünüşündə böyük dəyişiklik edib.
Bir vaxtlar 130 kiloqram çəkisi olan sənətçi mədəkiçiltmə əməliyyatı və həkim nəzarəti altında tətbiq etdiyi qidalanma proqramı sayəsində çəkisini 55–57 kiloqrama endirib.
Müğənni arıqlama prosesində istifadə etdiyi üsullardan da danışıb.

Karacanın ən maraqlı etirafı isə aclıq hissi ilə bağlı olub. Sənətçi acdığını hiss etdikdə dişlərini fırçaladığını bildirib.
Məşhur ifaçının gündə yalnız bir dəfə qidalanması və özünü motivasiya etmək üçün 36 ölçülü geyimlərdən istifadə etməsi də diqqət çəkib.

