Noyabrın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Səhər saatlarında bəzi yerlərdə duman və az çiskin gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11–15, gündüz 18–23 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət isə 65–75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Rayonlarda temperatur gecə 11–15, gündüz 19–24 dərəcə isti, dağlarda isə gecə 5–10, gündüz 13–18 dərəcə isti olacaq.

