Amerikalı məşhur aktyor Nikolas Keyc (Nicolas Cage) hazırda evsiz qaldığını və otellərdə yaşamaq məcburiyyətində olduğunu açıqlayıb.
Bu barədə Page Six nəşri məlumat yayıb.
Aktyor Hellouin bayramı ərəfəsində bildirib ki, Malibudakı evi ilə bağlı problem yarandığı üçün hazırda otellərdə qalır.
Keyc bu səbəbdən bayram zamanı ənənəyə uyğun olaraq evinə gələn uşaqları şirniyyatla qarşılaya bilməyəcəyini də deyib.

“Hazırda bir az evsizəm. Malibudakı evimlə bağlı nəsə baş verib. Ona görə də otellərdə yaşayıram və bu axşam şirniyyat toplamaq üçün adətən qapımı döyən uşaqlar gəlməyəcəklər”, – deyə aktyor bildirib.

