Türkiyənin tanınmış aktrisası Aybüke Pusat bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
Son olaraq “Halef: Köklerin Çağrısı” serialında Melek obrazını canlandıran aktrisa bir müddətdir həmkarı Furkan Andıç ilə sevgi münasibəti yaşayır.
Cütlüyün çimərlikdə çəkilən romantik görüntüləri sosial şəbəkələrdə diqqət çəkib.
Belə ki, Furkan Andıç sevgilisi ilə birlikdə keçirdiyi xoş anları sosial media hesabında paylaşıb.
Görüntülərdə Aybüke Pusatın sevgilisini dəfələrlə öpdüyü anlar xüsusi maraq doğurub.

Sevgilərini gizlətməyən cütlük səmimi görüntüləri ilə yenidən maqazin gündəminə gəlib.
Qeyd edək ki, Aybüke Pusat “Söz”, “Her Yerde Sen” və “Teşkilat” kimi seriallardakı rolları ilə də tanınır.

