İran ABŞ-ın regiondakı hərbi infrastrukturu, həmçinin idarəetmə və qərar qəbuletmə mərkəzlərini hədəf alan yeni raket zərbələri dalğasının başladığını elan edib. Bu barədə İranın dövlət televiziya və radiosu məlumat yayıb.
Bəyanata görə, hücumlar “superağır raketlərdən” istifadə olunmaqla həyata keçirilir.
Bu arada İrandan yeni raket təhlükəsi barədə xəbərdarlıqdan sonra Tel-Əvivdə hava həyəcanı siqnalları səslənib.

