Cenevrədə keçirilən danışıqların nəticəsi olaraq ABŞ administrasiyası və Ukrayna nümayəndə heyəti Ukrayna böhranının həlli planının daha da müzakirəsi və təkmilləşdirilməsi barədə razılığa gəliblər. Bu barədə Ağ evin saytında yerləşdirilən bəyanatda bildirilir.
“Hər iki tərəf əldə edilmiş sabit irəliləyişi alqışladı və razılaşmaların tamamlanması prosesində məsləhətləşmələri davam etdirməyə razılaşdı”,
— deyə bəyanatda qeyd olunur.

