Ukraynadan Azərbaycana idxal olunan kərə yağı tərkibli spred məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, “Qədiroğlu” MMC tərəfindən ölkəyə gətirilən, Ukraynanın “Ratnovskiy molokozavod” MMC müəssisəsində istehsal olunan “Lyuks Golden Ratne 81,5%, 5 kq” əmtəə nişanlı məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
İstehsal tarixi 25 avqust 2026-cı il, son istifadə tarixi isə 25 avqust 2027-ci il olan məhsul partiyasında aparılan laborator yoxlamalar nəticəsində uyğunsuzluq müəyyən edilib.
Bununla əlaqədar həmin məhsul partiyasının dövriyyəsinin dayandırılması və bazardan geri çağırılması barədə qərar qəbul olunub.
Eyni zamanda, istehsalçı müəssisənin məhsullarının ixracına müvəqqəti məhdudiyyət qoyulması və sertifikatlaşdırılmasının dayandırılması ilə bağlı Ukraynanın müvafiq dövlət qurumuna bildiriş göndərilib.

