ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin növbəti prezident seçkilərində namizədliyini irəli sürməyə biləcəyini istisna etmədi.
Bununla belə, Vens daha əvvəl prezident seçkilərində iştirak etmək imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirmiş və hazırkı dövlət başçısının dəstəyinə ümid etdiyini açıqlamışdı.
“Biz onunla bir çox məsələni müzakirə edirik, amma görək bundan sonra nə olacaq. Kimin namizədliyini irəli sürəcəyini heç kim bilmir. Namizədlər çox ola bilər, hətta həddindən artıq çox. Ola bilsin, ümumiyyətlə, heç kim namizədliyini irəli sürməsin. Bəlkə, o da seçkilərə qatılmayacaq. Kimin iştirak edəcəyini bilmirəm”, – deyə Tramp bildirdi.

