Amerikalı milyarder İlon Maskın sərvəti ABŞ-da Konqresə keçirilən aralıq seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra təxminən 30 milyard dollar azalıb.
“Financial Times” nəşrinin hesablamalarına görə, buna seçki nəticələrinin fond bazarında yaratdığı reaksiya səbəb olub.
Ticarətin əvvəlində “SpaceX” şirkətinin səhmləri 3,5 faiz, “Tesla”nın səhmləri isə 2,8 faiz ucuzlaşıb. Bu azalma ABŞ fond bazarında ümumi yüksəlişin müşahidə edildiyi dövrdə baş verib.
Nəşr bildirib ki, Mask Konqresdə çoxluğu qorumağa çalışan respublikaçıları dəstəkləmək üçün siyasi fəaliyyət komitələrinə ümumilikdə 446 milyon dollar ayırıb.
Noyabrın 3-də keçirilən aralıq seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü, 35 senator və 36 ştatın qubernatorları seçilib.
Amerika mediasının ilkin qiymətləndirmələrinə əsasən, Demokratlar Partiyası Konqresin hər iki palatasında çoxluğu əldə edir.
Yeni tərkibli Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.

