Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılacaq.
Prezident İlham Əliyev bununla bağlı “Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Zəngilan Aqroparkı müasir texnologiya və üsulların tətbiqi ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, eləcə də məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün nəzərdə tutulmuş ərazi olacaq.
Aqroparkda müvafiq xidmətlərin göstərilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən sahibkarların səmərəli işləməsi və inkişafı üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulur.

