ABŞ Prezidenti Donald Tramp iştirak etdiyi açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırdı.
Tramp seçkilərdəki məğlubiyyətə toxunaraq “Biz seçkiləri İranla müharibəyə görə uduzduq” dedi.
ABŞ Prezidenti İranla müharibənin respublikaçıların aralıq seçkilərindəki məğlubiyyətinə dəyib-dəymədiyi barədə suala belə cavab verdi:
“Bəli, buna dəyərdi. Neftin qiymətinin daha da artacağını düşünərək hərəkət edirdim. Bəzən seçim imkanınız olmur, nəsə etməlisiniz. İranın nüvə silahına sahib olmasına icazə verə bilməzsiniz”.
Tramp demokratlarla münasibətlərinə də toxundu:
“Əgər dağıdıcı mövqe tutmasalar, yəqin ki, demokratlarla yaxşı yola gedəcəyəm. Artıq mənimlə əlaqə saxlayıblar, bəzi məsələləri müzakirə etmək istəyirlər. Bu, yaxşı haldır”, – deyə ABŞ Prezidenti bildirdi.

