Azərbaycanda 2027-ci ildə orta aylıq nominal əməkhaqqının 8,7 faiz artaraq 1288,30 manata çatacağı proqnozlaşdırılır.
Bu barədə 2027-ci ilin büdcə zərfində məlumat verilib.
Sənədə əsasən, orta aylıq nominal əməkhaqqının 2026-cı ildə 1185,5 manat, 2027-ci ildə isə 1288,30 manat təşkil edəcəyi gözlənilir.
Beləliklə, gələn il orta aylıq nominal əməkhaqqının cari illə müqayisədə 8,7 faiz artması nəzərdə tutulur.

