“AİD Group” xaricdə təhsil şirkətinin rəhbəri Samir Yəhyazadə ev dustaqlığına buraxıldıqdan sonra yenidən həbs edilib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarı Binəqədi Rayon Məhkəməsi qəbul edib.
Lakin prokurorluğun apellyasiya protestindən sonra həmin qərara yenidən baxılıb.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Samir Yəhyazadə məhkəmə zalında qandallanaraq həbs edilib.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının apardığı araşdırma nəticəsində Samir Yəhyazadəyə Cinayət Məcəlləsinin 178.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 318-1.1 və 320-1-ci maddələri ilə ittiham irəli sürülüb. O, külli miqdarda dələduzluq və digər cinayət əməllərində təqsirləndirilir.
Daha əvvəl onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Samir Yəhyazadənin həyat yoldaşı, “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi və rəhbəri Nigar Fərhad da bu ilin avqustunda saxlanılıb. Daha sonra onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

